lıq dənizində batan miqrant gəmisi incəsənət yarmarkasında nümayiş etdir
Venesiya Biennalesinin incəsənət yarmarkasında Aralıq dənizində qəzaya uğrayan miqrant gəmisi nümayiş etdirilir. Göyərtəsində təxminən min miqrantın olduğu mavi-qırmızı rəngli balıqçı gəmisi 2015-ci il aprelin 18-dən 19-na keçən gecə ona köməyə gələn Portuqaliyaya məxsus yük gəmisi ilə toqquşub. Həmin qəza nəticəsində 900-dək insan həlak olub. Yük gəmisinin ekipajı miqrantlara kömək etməyə çalışsalar da, gəmi dərhal batıb və yalnız 28 nəfərin həyatını xilas etmək mümkün olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır