nyanın ilk hibrid mühərrikli ekspedisiya gəmisi bu il istifadəyə verilə
Dünyanın ilk xüsusi hibrid mühərrikli ekspedisiya gəmisi “MS Roald Amundsen” 2019-cu ilin yayında fəaliyyətə başlayacaq. “Seanews.az” xəbər verir ki, bu gəmi qütb bölgələrini ekoloji cəhətdən təhlükəsiz şəkildə araşdırmağa imkan verəcək. “MS Roald Amundsen” “Kleven Yards”, Tillberg Dizayn” şirkəti və norveçli gəmi dizayneri Espen Oino tərəfindən birgə hazırlanıb. Üzən vasitə Norveçdən gətirilmiş materiallardan hazırlanıb və Skandinaviya üslubunda dizayn edilib. Burada geniş mətbəx, tədqiqat göyərtəsi, hovuz, yüksək texnologiyalı elmi mərkəz də fəaliyyət göstərəcək. Həmçinin, gəmidə 600-dən çox sənət əsəri nümayiş etdiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır