Antarktidada yadplanetli gəmi qəzaya uğrayıb
Antarktidada yadplanetli gəmi qəzaya uğrayıb. Belə bir iddia ilə məşhur ufoloq Skott Uorinq çıxış edib.
Ufoloqun iddiasına əsasən, yadplanetli gəmi Antarktidanın şimalındakı adada qəzaya düşüb. Qəzadan sonra gəmi 450 metr buzun üzərində sürüşüb.
Uorinq bildirib ki, UNO çox böyük sürətlə buza çırpıldığı üçün yadplanetlilər ölüb. Gəminin başqa sivilizasiyaya aid olduğu barədə isə Uorinq əminliklə danışır.
Bəzi ekspertlərin fikrinə əsasən, fotodakı gəmi yox, Ameliya Erhartın təyyarəsidir. Ameliya ilk pilot qadındır və itkin düşüb. Bir çoxları qadının okeanda həlak olduğunu düşünür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır