Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

Rus qızları gəmi kapitanı ola biləcək


Rusiyada qadınlara ağır fiziki işlərdə çalışmağı qadağan edən qanuna əlavə və düzəlişlər edilə bilər.

"Seanews.az" xəbər verir ki, əmək məsələlərinə məsul olan federal nazirlik qadınlar üçün qadağan olunan iş yerlərinin sayını ixtisar etməyi nəzərdə tutan qanun layihəsi hazırlayaraq Rusiya Dumasına göndərmək fikrindədir.

Bu qanun parlament tərəfindən qəbul olunsa, 2021-ci ildən  rusiyalı qadınlar avtomobil təmiri sahəsi, balıq ovu, buldozer, traktor, qatar idarə etmək, gəmi kapitanı və ya mexaniki kimi işlərdə çalışa biləcəklər.

Bununla belə, təxminən 100 növ iş yeri yenə də qadınlar üçün qadağan olunmuş işlər siyahısında qalacaq. Buraya yanğınsöndürmə, dağ-mədən və kimya sənayesi üzrə ağır işlər aiddir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır