Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Ərəbistan dənizi haqqında maraqlı faktlar

  • Ərəbistan dənizi Hind okeanının şimal hissəsidir. Maldiv adaları Hind okeanı ilə deyil, məhz Ərəbistan dənizi ilə yuyulur. 
 
 Dənizin belə adlandırılması IX əsrin ortalarından orta əsrlərə qədər ərəb tacirlərinin  tez-tez burdan öz gəmiləri ilə üzüb keçməsilə bağlıdır. Lakin bu dənizin adı həmişə bu cür olmayıb. Dənizçilər onu Omand, Fars, Hind-Ərəb və Yaşıl dəniz kimi də adlandırırdılar. 
 
 
 Ərəbistan dənizi yalnız Hindistan sahillərini deyil, Pakistan, İran, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Somali və Cibuti kimi ölkələrin sahillərini də yuyur.
 
 
 Dənizin əhatə etdiyi sahə Hindistanın sahəsindən 1,17 dəfə böyükdür. O, dünyanın 10 ən böyük dənizi siyahısına daxil edilib.
 
 
 Ərəbistan dənizinin sahillərində iki əsas – Mumbay və Karaçi limanları var. 
 
 
 Dünyanın ən dərin dənizlərdən biri hesab olunur. Ən dərin nöqtəsi 5803 metr, orta dərinliyi olan nöqtəsi isə 2900 metrdir. 
 
 
Ərəbistan dənizinin suları il boyu ilıq olur. Suyun temperaturu 22 -29 dərəcə arasındadır. Ən isti ay may ayıdır. Yağışlı mövsümdə (iyun-sentyabr aylarında) dənizdə üzməyə icazə verilmir, çünki bu zaman dalğalar güclü olur.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır