Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

class="title-news">Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

Azərbaycan komandası “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub.

Bu barədə bu gün “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Bakıda keçirilən “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının başa çatması ilə əlaqədar mətbuat konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov deyib.

S.Bəkirov bildirib ki, “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsi də yüksək səviyyədə keçirilib: “Bu yarışlar gərgin keçsə də sonda dostluq qalib gəldi. Təlim-məşq toplanışında biz gələcəkdə terrorizmə qarşı birgə mübarizə ilə bağlı təcrübə mübadmləsi aparmışıq. Bu yarışlarda Azərbaycan komandası 212 balla birinci, Rusiya 186 balla ikinci, Qazaxıstan 142 balla üçüncü, İran 136 balla dördüncü yeri tutub”.

Rusiya Hərbi Dəniz Donanması komandasının rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov yarışların keçirilməsi üçün yaradılan mükəmməl şəraitə görə təşəkkürünü bildirib. O, bu yarışın Rusiya komandası üçün əhəmiyyətli olduğunu vurğulayaraq deyib ki, çox gərgin və maraqlı yarış keçdi: “Azərbaycan dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirdilər. Azərbaycan komandasını qələbə münasibəti ilə təbrik edirəm. Oyunlar ən yüksək səviyyədə təşkil olunub. Dəniz kuboku hər zaman qarşılıqlı anlaşma və dostluq ruhu ilə fərqlənib. Bu, əsl dostluq yarışıdır. Rusiya bu oyuna daim böyük önəm verir”.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov da Bakıda keçirilən “Dəniz kuboku-2019” yarışına hazırlığın yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan belə mühüm yarışı üçüncü dəfədir yüksək səviyyədə təşkil edib. Azərbaycan tərəfinə bunun üçün təşəkür edirəm. Bu yarışlarda iştirakçılar peşəkarlıqlarını ortaya qoyublar. 10 gün ərzində dənizçilər öz peşəkarlıqlarını ortaya qoydular. Gərgin keçən mübarizə şəraitində Azərbaycan komandası qalib gəldi. Mən bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm”.

İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Hüseyn Həsəni yarışın əhəmiyyətini qeyd edərək vurğulayıb ki, hazırlıq çox gözəl təşkil olunub: “Bu yarışda yenidən iştirak etməkdən məmnunuq. Bu, dostluq yarışıdır. Öncə Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edirəm. Biz burada olmaqdan çox şadıq. Bu yarışlar bizə təcrübə mübadiləsi aparamğa imkan yaradır. Xəzəryanı dövlətlər arasında bu cür tədbirlərin olması çox faydalıdır. Eyni zamanda, bu tədbirlər Xəzəryanı dövlətlərdə ümumi mədəni təcrübəyə töhfədir. Yarış Xəzəryanı dövlətlər arasında tərəfdaşlıq və dostluğun inkişafına təkan verir”.

Qeyd edək ki, “Dəniz kuboku-2019” yarışı zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyənləşdiriblər. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı qüvvələrinin nümayəndələri “Dəniz kuboku-2019” müsabiqəsində müşahidəçi qismində iştirak ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır