Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Ötən il filippinli dənizçilər ölkələrinə 6 milyard dollar göndərib

2018-ci ildə filippinli dənizçilər ölkələrinə 6 milyard dollar göndərib. Bu,  əvvəlki illə müqayisədə 4,6% və ya 270 milyon dollar çoxdur.

"Seanews.az" xəbər verir ki, filippinlilərin əldə etdiyi bu gəlir sadəcə bank vasitəsilə qeydə alınan məbləğdir. Bura dənizçilərin ölkələrinə nağd şəkildə gətirdikləri vəsait daxil deyil.

Məlumata görə, gəmi adamlarının əldə etdikləri gəlir ümumilikdə yeni iş yerlərinin açılmasına yönləndirilir. Ən çox vəsait kənd təsərrüfatı və inşaat sektoruna yatırılır.

Filippinli Dənizçilərin Beynəlxalq Federasiyasından verilən məlumata görə, hazırda dünyada çalışan 1,2 milyon dənizçidən təxminən 378 min nəfəri filippinlidir.

Əgər fillippinli dənizçilər çalışmasalar, ölkənin iqtisadi durumu çökmə vəziyyətinə gələ bilər. Bu səbəbdən ölkədə dənizçilik peşəsinə xüsusi diqqət ayrılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır