Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Dünyanın ən təhlükəli çimərlikləri 

Təbiətin möcüzəsi olan çimərliklər bəzən göründüyü qədər təhlükəsiz olmur. Gözəl görüntülü tablolara mövzu olan çimərliklər uçurumları, köpək balığı, zəhərli dəniz canlıları və s. ilə tətil xəyallarınızı kabusa çevirə bilir.

Oxu.Az dünyanın ən təhlükəli çimərliklərinin siyahısını təqdim edir:

Barton Bredstok çimərliyi: İngiltərədəki bu çimərlik sahilə doğru uzanan təpələrdən aşağıya düşən qayaları ilə insanları risklə üz-üzə qoyur.

 

Reuninon adası: Bu ada sörfinqlə məşğul olanların ən çox ziyarət etdiyi məkan olsa da, köpək balıqlarının hücumu ilə gündəmə gəlir. Adada son beş ildə 20 köpək balığı hücumu olub.

Qansbay, Cənubi Afrika: 60 mindən çox suitinin olduğu Qansbay buna görə də köpək balıqlarının diqqət mərkəzindədir. Üzmək üçün buraya gələn insanlar diqqətli hərəkət etməsələr, hücuma məruz qalırlar.

Praya da Boa Viqem, Braziliya: Braziliyanın Risayf bölgəsindəki populyar çimərlik 1992-ci ildən günümüzədək 50 köpək balığı hücumuna ev sahibliyi edib.

Şenzen, Çin: Çinlilərin yay aylarında sərinləmək üçün seçdiyi qələbəlik Şenzen çimərliyi 1-14 yaş arasında olan xeyli uşağın boğulmasına səhnə olub.

Frazer adası: Kuinslendin cənu-qərbində yerləşən Frazer adası da köpək balığı və zəhərli meduzalarla doludur.

Volusia, Florida: ABŞ-ın Florida əyalətindəki Volusia şəhəri köpək balığı hücumları ilə dolu olan çimərliklərdəndir. Bölgədə 1882-ci ildən indiyədək 267 hücum qeydə alınıb. Bu rəqəm Volusianın təkcə bütün Cənubi Afrikadan daha çox köpək balığı hücumuna ev sahibliyi etdiyini göstərir.

Bikini Mərcan adası: YUNESKO-nun Mədəni Mirası siyahısında yer alan Bikini Mərcan adası iki səbəblə təhlükəli olaraq qəbul edilir: Nüvə radiasiyası və köpək balıqları. ABŞ 1946-1958 illəri arasında 20 nüvə silahını bu adada test edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır