Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

class="pg-title">16 yaşlı ətraf mühit fəalı Qreta Thunberq Amerikaya qayıqla səyahət edir

16 yaşlı isveçli ətraf mühit fəalı Qreta Thunberq Nyu Yorkda İqlim sammitində iştirak etmək üçün Birləşmiş Ştatlara Atlantik okeanı ekoloji qayıqla keçərək səyahət edir. Plimut limanından Atlantik okeanda səyahət iki həftə davam edəcək. Gənc fəal artıq solar enerji vasitəsilə işləyən qayıqla səyahətində yarı yolu qət edib. Maizia II adlı qayığın özəlliyi ətrafa çirkli tullantılar buraxmaması və yanacaqla işləməməsi ilə bağlıdır.

Səyahət zamanı Qretanı onun atası Svante, professional dənizçilər Boris Herrmann və Pyer Kasiragi, eləcə də sənədli film çəkən kinematoqraf Natan Qrossman müşayiət edir. 

Qreta Thunberq beynəlxalq miqyasda keçən il iqlim dəyişikliyi probleminin həllinə diqqəti yönəltmək üçün parlament qarşısında keçirdiyi təkadamlıq aksiyalardan sonra tanınmağa başladı. Yeniyetmə qız hər həftənin cümə günü məktəbə getməyərək, parlamenti atmosfer tullantılarının azaldılması məsələsinə diqqət yetirməyə çağırırdı.

Qretanın aksiyası İsveçdə çox sayda insan tərəfindən dəstəkləndi və bütün dünyada gənclərin iqlim hərəkatına təkan verdi. #FridaysforFuture (Gələcək üçün cümələr) heşteqi ilə keçirilən ətraf mühiti müdafiə kampaniyasına Almaniya, Yaponiya, Britaniya və Avstraliya da daxil olmaqla, dünyanın bir sıra ölkələrində milyonlarla gənc qoşuldu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır