Dənizçilərdən tələb olunan özəlliklər - SİYAHI
Dənizçilik spesifik sahədir. Necə deyərlər, hər oxuyan dənizçi ola bilməz. Bu iş insandan bəzi özəlliklər tələb edir.
Həmin özəllikləri təqdim edirik:
Peşəyə bağlılıq
Dənizçi peşəsini sevməlidir. Bununla, o, öz işini daha yaxşı yerinə yetirər, qısa müddətdə böyük nüfuz və hörmət qazanar.
Ürəkli olmalı
Dənizdə çalışmaq insandan böyük ürək və cəsarət istəyir. Gəmi adamı qorxusunu yenməyi bacarmalıdır.
Tez uyğunlaşmaq
Adətən dənizçilər fərqli millətlərə məxsus şəxslərlə bir yerdə işləyirlər. Ona görə də, bu peşə sahibləri tez uyğunlaşmaq qabiliyyətinə malik olmalıdırlar.
Sürətli düşünmə
Bəzən gəmidə ani qərar qəbul etmək lazım gəlir. Bu səbəbdən dənizçi vəziyyətə uyğun olaraq sürətli düşünməyi bacarmalıdır.
Yaxşı ingilis dili bacarığı
Dənizçilər, xüsusən də komandir heyəti üçün ingilis dilini çox yaxşı bilmək vacibdir. Çünki, gəmilər üzən fabrikdir və xarici limanlarda rabitə önəmlidir.
Rəhbərlik qabiliyyəti
Xüsusilə, rəhbər vəzifədə işləyəcək dənizçilər üçün vacib bir xüsusiyyətdir. Zamanla inkişaf etdirilməlidir.
Komanda ilə işləmək
Gəmi 20-25 nəfərdən ibarət bir ailədir. Birinin təkbaşına verəcəyi qərar digərinə də təsir göstərəcək. Bu səbəbdən birlikdə işləmək bacarığına sahib olmaq lazımdır.
Sadiqlik və Öhdəlik
Dənizçilər gəmilərinə və şirkətlərinə sadiq olmalıdırlar. Onlar xəyanət deyil, sədaqət hissi ilə işləməlidirlər. Əks təqdirdə, bu cür insanlar uğursuz olacaqlar.