Gürcü atlet bir barmağı ilə 200 tonluq qayığı çəkərək rekorda imza atıb
29 yaşlı gürcü atlet Giorgi Rostomişvili Batumi sahillərində bir barmağı ilə “Tamara II” adlı 200 tonluq qayığı çəkərək rekorda imza atıb.
“Seanews.az” xəbər verir ki, atlet qayığı 5 metr çəkməyə müvəffəq olub.
Rostomişvilinin ətrafına toplaşan vətəndaşlar və turistlər onun bu addımını təəccüb və həyəcanla izləyiblər.
Atletin rekord cəhdi Gürcüstan Rekordlar Federasiyası tərəfindən qeydə alınıb, nəticələr Ginnesin Rekordlar Bürosuna təqdim ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır