Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Xəzər haqqında maraqlı faktlar

Xəzər dənizi haqqında maraqlı faktlar:

Xəzər dənizində suyun duzluğu dünya okeanının və okeana açıq dənizlərin orta duzluğundan 5 dəfə azdır.

Onun sahəsi 371 min kv.km-dir. Ancaq periodik olaraq dənizin sahəsi dəyişir.

Xəzərə ümumilikdə 130 çay axır, ən böyüyü Volqadır.

Xəzərdə irili xırdalı 50-dək ada var. Dəqiq sayı niyə bəlli deyil, ona görə ki, suyun səviyyəsi qalxanda bəziləri itir.

Xəzərin orta dərinliyi 208 metrdir, ancaq ən dərin hissəsi cənubda 1025 metr, ən dayazhissəsi isə şimaldadır: bir neçə metr arasında dəyişir (burada ən dərin yer 25 m-dir) və şimal hissə qış aylarında buz bağlayır.

Xəzərin balıq resursları Lena çayı ilə müqayisədə azdır. Dünyanın ən böyük beluqa balığı 11 may 1921-ci ildə Xəzərin Rusiya hissəsində tutulub. Onun çəkisi 1224 kq imiş və bu günədək həmin rekord yenilənməyib. Bu balıqdan 146 kg kürü götürülüb.

Caspianbarrel


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır