Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

ASCO-nun da tərəfdaş olduğu “Nargis” komandasının resaykling sərgisinin rəsmi açılışı olub

“Nargis” Nəşriyyat Evinin Dənizkənarı Milli Parkda ətraf mühitin qorunması probleminə həsr edilmiş “Make the Earth Smile” resaykling sərgisinin rəsmi açılışı olub.

Açılışa Leyla Əliyeva, “Nargis”in tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan qatılıb.

Sərgi “Nargis” jurnalının “Ekologiya” mövzusuna həsr olunmuş 63-cü nömrəsi ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında – IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.

Layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim edib.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) də layihənin tərəfdaşlarından biridir. 160 ildən çox tarixə malik şirkət olaraq ASCO ictimai cavabdehliyi vacib sayır, Azərbaycanın təbiətinin gələcək nəsillər üçün qorunub saxlanılmasına yönəlik layihələrə qoşulur, bu işdə səylərini əsirgəmir.

“Make the Earth Smile” sərgisi oktyabrın 5-dək davam edəcək. Giriş sərbəstdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır