Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutub

19 yaşlı norveçli Oskar Lundal Annoya adası yaxınlığında balıq ovuna çıxıb və onun toruna maraqlı bir dəniz sakini düşüb.

Oskar əvvəlcə şoka düşdüyünü bildirib, çünki o əvvəllər belə bir dəniz varlığı görməyib: "Bu, olduqca heyrətamiz idi, mən əvvəllər heç vaxt beləsini görməmişdim. O, qəribə görünürdü və dinozavra bənzəyirdi". 

Balıqçı "canavar"ı 800 metr dərinlikdən təxminən yarım saata çəkib çıxarıb və çıxarılanda o, artıq ölmüş olub. Daha sonra gənc balıqçının daha təcrübəli həmkarları məsələyə aydınlıq gətirib. 

Chimaera Monstrosa Linnaeus balığı - Avropa ximeri qəribə tapıntıdır. O, köpəkbalıqları ailəsinin üzvüdür, lakin insanlar üçün təhlükəsizdir. Bir qayda olaraq, suyun dərinliklərində yaşayır və nadir hallarda insan tərəfindən ovlana bilir. Oskar nadir "şanslılar" arasındadır: 

"Özümə gəldikdə belə bir dəniz sakininin yağda qızardılmış halının dadına baxmaq şansını qaçırmadım. Qorxunc görünüşünə baxmayaraq, balıq, həqiqətən, dadlı idi. Əti bir az cod olsa da, dadlıdır".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır