Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Moskvada keçirilən mini-futbol turnirində “ASCO-Dənizçi” 16 komanda arasında II yeri tutub

14-15 sentyabr tarixlərində  Moskvada "Dəniz və çay limanlarının V Kuboku" beynəlxalq xeyriyyə mini-futbol turniri keçirilib.

“Spartak” stadionunda baş tutan turnirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) futbol komandası da iştirak edib. Ümumilikdə 16 komandanın qatıldığı yarış gərgin mübarizə şəraitində baş tutub.

Komandamız dörddəbir finalda Vladivastokun təmsilçiləri ilə üz-üzə gəlib. Oyun “ASCO-Dənizçi”-ninxeyirinə başa çatıb -  4:0

Beləliklə, ikidəbir finala yüksələn futbolçularımız turnirin üçqat qalibi “Seremetyevo Xendlinq” komandasını qəbul edib. Bu dəfə də yarış “ASCO-Dənizçi”-ninüstünlüyü ilə başa çatıb - 2:1

Finalda ASCO-nun rəqibi Həştərxan Xəzər Dəniz Gəmiçiliyi olub. Gərgin keçən mübarizədə komandamız 1:0 hesabı ilə qələbəni əldən verib.

Beləliklə, “ASCO-Dənizçi” 16 komanda içərisində II yeri tutub və turnirə ilk dəfə qatılan komanda olaraq peşəkar oyun nümayiş etdirdiyinə görə xüsusi kuboka layiq görülüb.

Qeyd edək ki, "Dəniz və çay limanlarının Kuboku" beynəlxalq xeyriyyə mini-futbol turnirin keçirilməsində məqsəd çay və dənizçilik şirkətləri arasında   dostluq əlaqələrini qorumaq və möhkəmləndirmək, bədən tərbiyəsi və sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır