Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Hər ölkədə rast gəlməyəcəyiniz qeyri-adi nəqliyyat vasitələri

Dünyada qeyri-adi nəqliyyat vasitələri az deyil.

Məsələn, yolunuz Tailanda düşsə, su kanalları ilə hərəkət edən böyük və səsli qayıqlar görə bilərsiniz. Hər gün Banqkokun minlərlə yerli sakini və turistlər bu qayıqlardan - “Canal Taxi”-nin xidmətlərindən məmnuniyyətlə istifadə edirlər.

Alman şəhəri Vuppertalda asma dəmir yolu  da qeyri-adi nəqliyyat vasitələrindəndir. 110 il əvvəl istifadəyə verilən asma dəmir yolunun  üzərində 13,5 kilometr sürətlə hərəkət edən qatar hər gün 82 mindən çox sərnişin daşıyır.

Peruda totoridən hazırlanmış unikal qayıqları yerli sakinlər “Barco de totora” adlandırırlar. Bu nəqliyyat növünə əsasən turistlər və balıqçılar üstünlük verirlər.    

Amfuslardan – amfibiya avtobuslardan Hollandiyada istifadə edilir. 50 sərnişin daşıya bilən bu universal nəqliyyat növü Rotterdama gələn turistlər arasında olduqca populyardır.

Seqveylər – elektron, özünü balanslaşdıran xizəklərdir. Amerika Birləşmiş Ştatlarında bu qeyri-adi nəqliyyat növünün əsasını 2001-ci ildə Din Keymen qoyub.

Şanxayın mərkəzi rayonu Pudunda, maqnit relslərinin üzərində hərəkət edən qatar – maqlev saatda 431 kilometr məsafə qət edir. Maqlev dünyanın ən sürətli qatarıdır.

Böyük Britaniyadakı “DUKW” da avtobus amfibiyalardan biridir. Londona gələn turistlər bu nəqliyyat növü ilə həm Temza çayında, həm də quruda rahat hərəkət edə bilərlər.

Üçtəkərli velotaksilərdən Vyetnamın mərkəzi şəhərlərində, o cümlədən paytaxt Hanoyda daha çox istifadə edilir. Yerli sakinlər və turistlər əhalinin çox olduğu şəhərdə məhz bu qeyri-adi nəqliyyat növünə üstünlük verirlər.

Qədim liftlərdən Çilidə hələ ötən əsrin əvvəllərində istifadə etməyə başlayıblar. Liftlər əsasən, yüksək təpələrlə əhatə olunan rayonlarda sakinlərin işinə yarayır. Amma indi liftlərdən Valparaisonun panoramını görmək istəyən turistlər yararlanırlar.

Rikşilər – ayrı-ayrı sürücülərlə hərəkətə gətirilən araba-velosipedlərdir. Yaponiyada ilk dəfə on doqquzuncu əsrdə istifadəyə verilib. İndi də ölkənin bəzi yerlərində rikşilərdən istifadə olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır