Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Dənizə və yelkənçiliyə marağı olan uşağa nə hədiyyə etmək olar?

Əgər ailədə dənizçi və ya yelkənli qayıq idmanı növü ilə məşğul olan varsa, həmin ailədəki uşağın (və ya uşaqların) da bu sahəyə marağının artması qaçılmazdır. Adətən uşaqlara tapança, gəlincik, maşın, top və digər bu cür oyuncaqlar hədiyyə olunduğu halda, bu məqalə dənizçiliyə marağı olan uşaqlara alternativ hədiyyələrdən danışacağıq. 

Yelkənçilik mövzusuna uyğun LEGO konstruktoru



Zehni inkişaf etdirən oyuncaqlar arasında LEGO şirkətinin adı həmişə birinci olub. Bu şirkətin “Techno” seriyasına aid olan gəmi və qayıq konstruktorları məktəbəqədər və ibtidai sinif oğlan uşaqları üçün əvəzssiz hədiyyədir.

Bu seriyanın ən məşhur modeli motorlu qayıqdır. 174 detaldan ibarət  bu oyuncağa, real motorlu qayıqda olan hər bir xırda detal daxildir. Bu modelin bir üstün cəhəti də həmin detallardan hidroplan yığmaq imkanının da olmasıdır.

Yelkənli qayıq həvəskarları üçün də xüsusi model mövcuddur. 330 elementdən ibarət bu konstruktordan həm monokorpuslu yelkənli qayıq, həm də katamaran yığmaq olar. Bu model də real yelkənli qayığın ən xırda detalını əks etdirir. Hər bir detal real qayığın detalı kimi funksionaldır.

Bu seriyaya daxil olan üçüncü model “Dəniz macəraları” adlanır. 597 detaldan ibarət olan bu modeldən dənizə və çimərliyə aid olan hər bir şeyi yığmaq olar.

Robotexnika


Orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş “Hava gəmisi 4M” mürəkkəb konstruktoru yaradıcı məntiqi düşüncənin inkişafı üçün əvəzsizdir. Bu modelin hazırlanmasında müxtəlif alətlər tələb olunur. Bu konstruktorun qurulmasında fizika bilikləri vacibdir.

Kompüter oyunları


Müasir uşaqların  əksəriyyəti vaxtlarını kompüter arxasında keçirirlər. Bu təqdirdə dənizə və yelkənçiliyə meyli olan uşaqlara “Sailaway” oyun-simulyatorunu məsləhət görmək yerinə düşər. Peşəkar və səriştəli yelkənçilər bu oyunu məsləhət görürlər. Bu oyunda dənizlər, okeanlar, qayıqlar, onların idarəolunması real həyatda olduğu kimidir. İştirakçı xəritədə istədiyi dənizi, okeanı və təcrübəsinə uyğun qayığı seçə bilər.

Stolüstü oyunlar


Kimsə deyə bilər ki, hazırki zamanda stolüstü oyunlar artıq keçmişdə qalıb. Amma əsla belə deyil.

“Mayakdakı macəralar” adlanan stolüstü oyun, nəinki uşaqlarda, hətta onların valideynlərində də dənizə maraq oyada bilər. Oyunun süjetinə görə, gecəyarı fırtınalı havada mayak gözətçisini xilas etmək və onu təhlükəsiz yerə çatdırmaq lazımdır.

Suda pultla idarə edilən qayıqlar



“Mastercraft XT23” adlı motorlu qayığın kiçildilmiş surəti olan bu qayıq plastik və metal materiallardan hazırlanıb. Batareya (daşlar) vasitəsilə suda pultla idarə olunur.

Bu silsilədən olan digər model “R/C Sea Ray” adlı motorlu qayığın modelidir. Kifayət qədər sürəti olan bu oyuncaqları kiçik göldə və ya geniş sahəsi olan hovuzda buraxmaq məqsədyönlüdür.

Yelkənli qayıq həvəskarları üçün də pultla idarə olunan qayıqların bol çeşidi mövcuddur. Əvvəlki modellərdən fərqli olaraq yelkənli qayıq modelləri 2 cür olur: pultla və küləklə idarə olunan modellər.



Bu modellərin hazırlanmasında müxtəlif materiallardan: şüşə, alüminium, plastik, dəmirdən və s. istifadə olunub. Uzunluğu 1 metr, çəkiləri isə 3.5 kiloqram olan bu modellər beynəlxalq lisenziya alaraq təsdiq ediliblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır