Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-23,
Seanews
Heyder Eliyev

Norfolk adası

Norfolk adası Sakit okeanın sularında, Avstraliya, Yeni Kaledoniya və Yeni Zelandiya arasında yerləşən, az məskunlaşmış kiçik bir adadır. Ada 1774-cü ildə səyyah Ceyms Kuk tərəfindən Sakit okeanın cənub-qərbinə səyahəti zamanı aşkar edilib. Adanın adı 9-cu hersoq (1685-1777) Edvard Hovardın həyat yoldaşı hersoqinya Norfolkun şərəfinə Kapitan Ceyms Kuk tərəfindən adlandırılıb.

Norfolk adası iki yaxın adalarla birlikdə Avstraliya xarici bölgələrindən birini təşkil edir. Adalar qrupunun əsas adasıdır. Ada Avstraliyanın şərqində yerləşir. Sahəsi  34.6 km², sahil xətti təxminən 32 km-dir.Adanın ən yüksək nöqtəsi olan Beytz zirvəsi (319 m), adanın şimal-qərbində yerləşir. Ada 1913-cü ildən Avstraliyanın xarici ərazisi statusuna sahibdir.

Filip adası Norfolkdan bir neçə kilometr cənubda yerləşən, ərazisinin ikinci ən böyük adasıdır. Rəsmi dili ingilis dilidir. İqtisadiyyatın əsas sahələri  turistik biznes, kənd təsərrüfat və filatelistlər üçün poçt marka buraxılışıdır.

Ada qədim sualtı vulkan nəticəsində əmələ gəlib. Kiçik sahəsinə baxmayaraq ada çox fərqli bir təbiətə malikdir - burada uzunboylu bitkilərin 178 növü bitir, onlardan 40-ı endemikdir (adada təxminən min növ bitki var), həmçinin 18 nəsli kəsilməkdə olan flora növü mövcuddur.

Adada minlərlə quş,  sürünən və həşərat yaşayır. Lakin kolonizasiya illərində Norfolkun zəngin və geniş meşələri, təxminən 5 kvadratmetr olan təbii meşə sahəsi, ölçüsünə görə bir qədər azalıb.

Norfolk adası 1986-cı ildə Milli Park elan edilib və o vaxtdan sahil boyunca yaşıllıq sahələri dövlət tərəfindən qorunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır