Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

Yaponiyada tufan dəyəri bir milyon dollardan baha olan heykəli dənizə aparıb

Yaponiyanın Kaqava prefekturasına aid olan Naoşima adasında tufan məşhur yapon heykəltaraşı xanım Yayoi Kusamanın “Sarı balqabaq” heykəlini dənizə yuyub aparıb.

AZƏRTAC xəbər verir ki, üzərində qara dairələrin olduğu böyük balqabaq heykəli 1994-cü ildə ərazidə quraşdırılıb və həmin vaxtdan adanın əsas turizm obyektlərindən birinə çevrilib. Qeyd edək ki, heykəlin hündürlüyü təqribən 2 metrə çatır. Adətən onu tufan vaxtı ərazidən təhlükəsiz yerə aparmaq məqsədilə özülə möhkəm bərkitmirlər. Lakin bu dəfə tufan adanı gözlənilmədən ağuşuna aldığına görə, heykəli vaxtında götürmək mümkün olmayıb. Nəticədə külək onu qopararaq dənizə aparıb. Xoşbəxtlikdən balqabaq heykəli uzağa gedə bilməyib və külək onu yenidən sahilə qaytarıb.

Həmçinin bildirilir ki, konstruksiya bir neçə dəfə daşlara çırpıldığına görə, onun üzərində çatlar əmələ gəlib. Buna görə də dəyəri təqribən 1 milyon dollardan baha olan heykəli bərpa etmək üçün “Benesse Art Site” mədəniyyət mərkəzinə veriblər. Bərpa işləri başa çatdıqdan sonra “Sarı balqabaq” heykəlinin öz əvvəlki yerinə qaytarılacağı qeyd edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır