Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

Planetin ən yaşıl üzən adası

“Gələcəyin şəhərləri” adlandırılan üzən şəhərlərin yaradılması ideyası memarların layihələrində daha geniş yer almaqdadır. Bu baxımdan növbəti belə ideyalardan biri də “Blue Estate” layihəsidir ki, Karib dənizinin sularında, məşhur kurortlar - Mayami və Baham arasında həyata keçirilməsi planlaşdırılır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, fantastik layihənin yaradıcıları planetin ən yaşıl süni adasında cənnət həyatını yaratmağa nail olublar. Beton modullardan yaradılan və 15 min insanın yaşaması üçün nəzərdə tutulan adanın sahəsi 1,5 kvadratmetrdir.

Süni adada bütün sakinlərin rahat yaşayışını təmin etmək üçün yalnız binaların deyil, həm də zəruri müəssisələrin, bələdiyyə və maliyyə qurumlarının, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, alış-veriş və əyləncə mərkəzlərinin və istirahət yerlərinin tikilməsi planlaşdırılır.

İlin 340 gününün günəşli olacağı adanın tikintisinin 2022-ci ildə başlanması nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır