Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

Okeanlar hələ də sirr olaraq qalır

Yer kürəsinin 71 %-i su ilə örtülüdür. Lakin okeanlar hələ də alimlər üçün sirli-sehrli olaraq qalır. Kosmosa, Aya uçan insanların sayı indiyədək okeanların dibinə enən insanların sayından artıqdır. Faktiki olaraq, artıq 12 insan Aya uçub, lakin dünya okeanının ən dərin çökəkliyi olan Marian çökəkliyinə cəmi üç nəfər enə bilib.

Okeanların dibində su qaynardır

 Okeanların ən dərin yerində suyun temperaturu 40 dərəcəyədək yüksək ola bilir. Bu, dəniz dibindəki hidrotermal dəliklərə şamil edilmir. Orada suyun temperaturu bəzən 400 ° C -ə çatır. Bu dərinliklərdə güclü təzyiq səbəbiylə su qaynamır.

Okeanlarda da çaylar və göllər var

Okeanlar ayrıca bir dünyadır. Orada şəlalələr, vulkanlar, göl və çaylar var. Duz qatlarından keçən dəniz suyu okean dibində çöküntülər əmələ gətirir. Bu çöküntülərin ətrafındakı suda daha çox duz olduğu üçün daha sıxdır. Okeanın daxilində kiçik duzlu su hovuzları belə formalaşır. Bu, Yer səthində tanıdığımız göllərə çox bənzəyir: onların da sahil xətti var, bəzilərində hətta dalğalar var.

Texniki olaraq, Yer üzünün ən böyük şəlalələri Qrenlandiya və İslandiya arasında, sualtında yerləşir. Ekspertlərin hesablamalarına görə, Danimarka körfəzində yerləşən bir şəlalə dünyanın ən hündür və həm də ən iri şəlaləsidir. Şəlalənin su istehlakı təxminən beş milyon kubmetr təşkil edir.

Okeanlarda ən yüksək səs  “buz zəlzələri”nin səsidir

1997-ci ildə ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi (NOAA) indiyə qədər Yer üzündə qeydə alınan ən yüksək səslərdən birini "Bloop" adlandırdı. Səs o qədər yüksək idi ki, 4500 kilometrdən çox məsafədəki sensorlar tərəfindən qeydə alındı. Tədqiqatçılar əvvəlcə belə bir səs -küyün bir heyvandan gəldiyini düşünürdülər, ancaq Yer üzündə bu qədər yüksək səs çıxara biləcək böyük bir canlı yoxdur. 15 il sonra “NOAA” səsin buzun deformasiyasından qaynaqlanan "buz zəlzələsi" səbəbindən yayılması qənaətinə gəldi.

Okeanlarda ən yüksək dalğalar dərinlikdə olur

 Yüksək okean dalğalarını sahildən müşahidə etmək mümkün deyil, çünki onlar okeanın dərinliklərində formalaşır. Okeanoqraflar onları daxili inertial-cazibə dalğaları adlandırırlar.

Okeanlarda üç milyonadək batmış gəmi var

“UNESCO”nun hesablamalarına görə, hazırda Titanikdən tutmuş Xristofor Kolumbun Santa-Mariya gəmisinə qədər dünya okeanında üç milyonadək gəmi qəzası baş verib.

 Planetimizin çox hissəsi qaranlıqlara qərq olub

Dünya okeanının ümumi dərinliyi 3736 metr təşkil edir, işıqlı dalğalar isə yalnız təxminən 100 metrədək dərinliyi işıqlandıra bilir. Beləcə, planetimizin böyük bir hissəsi daimi olaraq qaranlıqda qalmış olur.

Gizli xəzinələr

İsraildə Kesariya sahillərində qızıl pullar tapılmışdı. “NOAA” təxmin edir ki, dünya okeanının dibindəki bütün qızıllar tədqiq edilərsə, Yer kürəsinin hər sakininə 4 kiloqram qızıl düşər.

Saatda 800 km sürətə malik sunamilər

Sunami seysmik hadisələrdən qaynaqlanır. “NOAA”nın Sakit okean Sunami Xəbərdarlıq Mərkəzinə görə, dərinlik 5-11 kilometr olduqda sunamilər 800 km/saat sürətlə hərəkət edə bilir. Dalğalar quruya doğru hərəkət etdikcə və dərinlik azaldıqca böyüyür, amma xoşbəxtlikdən sürətləri zəifləyir.

Nubar Süleymanova, “İki sahil”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır