

Müharibədə zamanı batan quru yük gəmisindən hərbi sursat qaldırılıb
Böyük Vətən müharibəsi illərində Feodosiya sahillərində batan “Jan Jores” teploxodundan təxminən 4000 sursat qaldırılıb.
“Seanews.az”-ın məlumatına görə, 18 metr dərinlikdə işləyən dalğıclar üst-üstə hesablayanda, həftədə iki günü su altında keçiriblər.
“Jan Jores” yük gəmisi Böyük Vətən müharibəsi illərində alman təyyarələrinin hücumuna məruz qalıb. Gəminin göyərtəsində Kerç-Feodosiya desant əməliyyatı üçün nəzərdə tutulmuş döyüş sursatı olub. Gəmiyə xeyli ziyan dəysə də, komanda onu təmir edərək Feodosiyaya yollanıb. Çətinliklər bununla bitməyib. “Jan Jores” maqnit minasına tuş gələndən sonra heyət gəmini batırmaq qərarına gəlib. Ötən il xilasedicilər gəmidə iki sovet əsgərinin cəsədinin qalıqlarını tapıblar. Bundan əlavə, teploxodda indiyədək ümumilikdə 41 mindən çox sursat tapılıb və məhv edilib.