Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-13,
Seanews
Heyder Eliyev

Gəminin su altında qalma müddəti ilə yanaşı, səssizliyi də əhəmiyyətli dərəcədə artırılıb

Yeni tipli "Taigei" ("Böyük balina")  sualtı qayığı rəsmi olaraq Yaponiya Hərbi Dəniz Qüvvələrinə qəbul edilib.

“Seanews.az” xəbər verir ki,  sualtı qayıqda bayrağın qaldırılması mərasimi Tokio körfəzinin girişindəki Yokosuka hərbi dəniz bazasında baş tutub.

“Taigei”  Yaponiya Hərbi Dəniz Qüvvələrinin 22-ci hücum sualtı qayığıdır. Bu seriyadan ilk yeni tipli dizel-elektrik sualtı qayığın uzunluğu 84 metr,  yükgötürmə qabiliyyəti 3 min tondur.

Heyəti 70 nəfərdən ibarət olacaq "Böyük balina"nın su altında qalma müddəti ilə yanaşı, səssizliyi də əhəmiyyətli dərəcədə artırılıb.  

Bundan əlavə, sualtı qayıq torpedalar və “Harpun” yüksək dəqiqlikli gəmi əleyhinə raketlərlə təmin edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır