

Türkiyədə dənizin səviyyəsinin enməsi nəticəsində qayalıqlar üzə çıxıb
Türkiyənin Alanya şəhərində dənizin səviyyəsinin dəyişməsindən sonra sahildə qayalıqlar görünməyə başlayıb.
Aidiyyəti qurumların məlumatına görə, sözügedən ərazidə qısa müddət ərzində dəniz suyu sahildən 5-10 metr geriyə çəkilib.
Mütəxəssislər qeyd edirlər ki, son illər ərzində dənizin səviyyəsinin enməsi bütünlükdə Aralıq dənizinin sahilləri boyunca davam edir.
Mənbə: Anadolu
Tərcümə: Oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır