Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

"Səbail" FK-nın Uşaq Futbol Akademiyasına qəbul olmaq istəyənlərin nəzərinə!

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) korporativ sosial məsuliyyəti çərçivəsində ölkəmizdə müxtəlif idman növünün inkişafına dəstək göstərir. Şirkət yelkənli, atçılıq idman növü ilə yanaşı, futbolun inkişafını da xüsusi diqqətdə saxlayır. Bu məqsədilə ASCO ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyi hədəfləmiş “Səbail” Peşəkar Futbol Klubuna himayəçilik edir.

Hazırda “Səbail” Peşəkar Futbol Klubunun nəzdində Futbol Akademiyası da fəaliyyət göstərir. 

Akademiyada uşaqlara texniki, taktiki və koordinasiya baxımından bacarıqlar öyrədilir, ölkə idmanına parlaq və peşəkar futbolçular qazandırmaq məqsədi ilə əsas futbol təlimləri keçirilir. Uşaq Futbol Akademiyasının məşqçiləri uşaqlara yalnız praktiki məşğələ deyil, eyni zamanda nəzəri bilikləri də aşılayaraq onların hərtərəfli inkişafına səy göstərirlər. 

Uşaqların Futbol Akademiyasına cəlb olunması məqsədilə davamlı maarifləndirici işlər görülür. Bununla bağlı ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və “Səbail” PFK-nın nümayəndələri ümumtəhsil məktəblərində məlumatlandırma xarakterli görüşlər keçirilir. Görüşlərdə Klubun Uşaq Futbol Akademiyası haqqında məlumat verilir, Akademiyaya üzvlük qaydaları izah edilir.

Futbol Akademiyasının məşqləri yüksək keyfiyyətli süni ot örtüyü, rahat soyunub-geyinmə otaqları və duş kabinələri ilə təchiz edilmiş "ASCO Arena"da keçirilir.  Məşqlərin gedişini rahat izləmək məqsədilə gənc futbolçuların valideynləri üçün xüsusi istirahət zonası yaradılıb. Üzv olmuş hər bir gənc futbolçu təmənnasız olaraq məşq forması ilə təmin olunur.

Qeyd edək ki, Futbol Akademiyasına qəbul 8-15 yaş arasında aparılır. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır