Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

ADDA tələbələri arasında futbol yarışı başlayıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan futbol yarışı keçirilir.

Akademiya rəhbərliyinin təşəbbüsü ilə baş tutan yarışa ADDA-nın bütün ixtisasları üzrə təhsil alan tələbələrindən ibarət 20 komanda qatılıb. Komandalar 5 qrupa bölünərək mübarizə aparırlar.

Oyunlar dərslərdən sonra “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun idman meydançasında keçirilir.

Qeyd edək ki, final oyunu 10 mayda baş tutacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır