Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Gəmiçilik şirkəti “La Provence” qəzetini almaq istəyir

Konteyner daşıyıcısı “CMA CGM” Fransanın gündəlik “La Provence” qəzetinin nəzarət paketi üçün 92 milyon dollar təklif edir. Sövdələşmə baş tutsa, “CMA CGM” 89% paya sahib olacaq.

“Seanews.az” xəbər verir ki, "CMA CGM”-nin təklifi nəşrin 76 milyon dollarlıq illik dövriyyəsindən artıqdır. Bəzi məlumatlara görə, onun yeganə rəqibi, fransız media sahibkarı Xavier Nielin nəzarətində olan “NJJ Presse Sud” şirkətinin təklifini üstələyir".

Birbaşa səhm alışından əlavə, “CMA CGM”-in baş direktoru Rodolphe Saade "qəzeti qaydaya salmaq üçün” əlavə 37 milyon dollar investisiya vəd edir.

80 000 tirajla çıxan “La Provence” qəzetinin səhmlərinin əksəriyyəti fransız media maqnatı və keçmiş sahibi Bernard Tapienin keçən il ölümündən sonra məhkəmə yolu ilə satılacaq.

Gəmiçilik şirkətinin baş direktoru aprelin əvvəlində Fransanın gündəlik “Le Monde” qəzetinə verdiyi müsahibədə marağının səbəbləri ilə bağlı suala belə cavab verib: “Heç bir mürəkkəb səbəb axtarmayın. “La Provence”- ni oxuyuram və xoşuma gəlir. Bu qəzet satışdadır, ona görə də alıram”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır