Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

İsrail səfiri “Suraxanı” gəmi-muzeyini ziyarət edib

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Səfir Azərbaycan və dünya gəmiçilik tarixinin, ənənələrinin əks edildiyi ekspozisiya zalları ilə yaxından tanış olub. Bələdçilər qonağa gəmi-muzeyin yaranma tarixi ilə yanaşı, burada tətbiq olunan innovativ yeniliklər barədə ətraflı məlumat veriblər.

Muzeylə tanışlıqdan sonra Corc Dik “Fəxri Qonaqlar” kitabına təəssürat və fikirlərini yazıb. O, dünyanın ilk tanker muzeyini ziyarətdən razı qaldığını bildirib.  Ziyarətin maarifləndirici və həyəcanverici keçdiyini qeyd edən səfir əhatəli tura və bələdçi xidmətinə görə təşəkkürünü bildirib.

Səfir eyni zamanda Azərbaycan və İsrail arasındakı dostluğun həm quruda, həm havada, həm də dəniz üzərində inkişafının davam edəcəyini vurğulayıb.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır