Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Kruiz laynerləri üçün dinc atom - VİDEO

Norveç gəmi inşaatçıları sərnişin gəmilərini “tamamilə təmiz” elektrik enerjisi istehsalı ilə təmin etmək üçün nüvə reaktorundan istifadə etmək qərarına gəliblər.

“Seanews.az” xəbər verir ki,  “Ulstein” şirkətinin mütəxəssisləri kruiz gəmiləri üçün üzən enerji doldurma stansiyası kimi istifadə edilə bilən və nüvə reaktoru olan çoxfunksiyalı gəminin layihəsini hazırlayıblar.

149 metr uzunluğunda gəmi “Ulstein Thor” adlandırılıb. O, geniş spektrli vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulub ki, bunlardan da başlıcası elektrik enerjisi ehtiyatlarının doldurulması, həmçinin kompleks xilasetmə və tədqiqat işlərinin həyata keçirilməsidir.

Layihənin bir xüsusiyyəti gəminin kiçik ölçülü torium maye-duz reaktoru ilə təchiz edilməsidir ki, bunun sayəsində o, bir növ üzən atom elektrik stansiyası kimi xidmət göstərə və böyük miqdarda nisbətən ucuz elektrik enerjisi istehsal edə bilər.

Maraqlıdır ki, “Ulşteyn” konstruktorları gəmidə nüvə reaktorunun quraşdırılmasını həqiqətən etibarlı təmiz enerji mənbəyi əldə etmək istəyi kimi izah edirlər. Eyni zamanda, onlar hidrogen yanacaq elementlərindən istifadə də daxil olmaqla, alternativ yanacaqlar üçün nəzərdə tutulmuş mövcud hərəkət sistemlərinin kifayət qədər səmərəlili və etibarlı olmadığını qeyd edirlər.

“Ulstein Thor”-un yaradılması şirkətin ekoloji cəhətdən tamamilə təmiz olacaq buzqıran  sinfinə aid kruiz gəmilərinin inşasını əhatə edən geniş gəmiqayırma proqramının həyata keçirilməsində yalnız ilk addımıdır.

Mühərriklər və bütün köməkçi mexanizmlər yeni nəsil stasionar akkumulyatorlardan elektrik enerjisi ilə təmin ediləcək, onlar həm limanda, həm də birbaşa keçid marşrutunda yenidən doldurula bilər.

Batareyaların dənizdə doldurulmasını təmin etmək "atom" “Ulstein Thor”un çiyninə düşür. O, lazım gələrsə, laynerə istənilən təcili yardımı göstərə biləcək. Hazırda norveçli dizaynerlər artıq “1C” buzqıran sinfinə aid elektrik kruiz gəmisinin prototipini hazırlayıblar - bu, 100 metrlik “Ulstein SIF” sərnişin layneridir.

Onun akkumulyatorlarının dənizdə doldurulması üzrə bütün əməliyyatların tam avtomatlaşdırılacağı güman edilir. Xüsusilə, “Ulstein Thor”-dan elektrik kabelinin çatdırılması uzaqdan idarə olunan xüsusi heyətsiz qayıqla təmin ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır