Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Okeanda penoplast üzərində dörd gün keçirən dənizçilər sağ qaldılar - VİDEO

İndoneziyalı dənizçilər okeanda penoplast üzərində dörd gün keçirsələr də, sağ qalmağı bacarıblar.

Dörd dənizçinin olduğu gəmi fırtına nəticəsində batıb.

Sağ qalmaq üçün onlar gəmidəki bir neçə penoplast qutunu bir-birinə bağlayaraq qayıq düzəldib, özləri ilə su və qida ehtiyatı götürüblər. Ertəsi gün İndoneziya Sahil Mühafizəsi gəminin təyinat yerinə çatmadığı üçün itkin düşdüyünü elan edib.

Yalnız dörd gün sonra dənizçilər xilasetmə əməliyyatında iştirak edən balıqçılar tərəfindən aşkar edilib.

Xilasedicilərin sözlərinə görə, dənizçliərdən heç biri ciddi xəsarət almayıb və onlar evə qayıtmağa hazırdırlar.

“Daily Mail”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır