Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Dənizçi ailələri arasında “Atam, anam və mən” adlı idman-turizm yarışı təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 11 strukturunu təmsil edən 16 ailə (ümumilikdə 65 nəfər) arasında Xaçmazın Nabran istirahət zonasında “Atam, anam və mən” adlı idman-turizm yarışı təşkil olunub.

ASCO-nun Korporativ Sosial Məsuliyyəti çərçivəsində keçirilən tədbirin əsas məqsədi ailələr arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etmək, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.

İştirakçılar qalib adını qazanmaq üçün çadır quraşdırmaq, meşə zolağındakı maneələri dəf etmək, topları səbətə atmaq, labirint şəklində quraşdırılmış iplərin arasından keçmək, iki ağaca bağlanmış ipin üzərindən yerimək, oxlarla hədəfi vurmaq və s. növlər üzrə yarışlarda güclərini sınayıblar. Qaydalara görə, yarışda qalib gəlmək üçün təkcə valideynlərin deyil, ailənin ən kiçik üzvlərinin də çevikliyi vacib rol oynayıb.

Yarışların ümumi nəticələrinə əsasən “Bibiheybət” Gəmi Təmiri Zavodununun təmsilçisi Asifli ailəsi (oğlan) və “ASCO Nəqliyyat” MMC-nin  Cavadovlar ailəsi (qız)  qalib adını qazanıb. İkinci yeri “Bibiheybət” Gəmi Təmiri Zavodunun Mustafayevlər ailəsi (oğlan) və Azərbaycan Dövlət Dəniz Akademiyasının Əliyevlər (qız) ailəsi tutub. Üçüncü yerdə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodundan  Əsgərovlar (oğlan) ailəsi, “ASCO Mühafizə” MMC-nin təmsilçisi Baxışovlar ailəsi qərarlaşıb.

Qalib komandalara diplom və qiymətli hədiyyələr verilib.

Tədbirin son günündə isə bütün uşaqlar arasında “Şən startlar” əyləncəli oyunu keçirilib. Uşaqların hər biri mükafatlandırılıb.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin əməkdaşlarının nəzarəti ilə baş tutan yarış iki gün davam edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır