• Bakı, 2022-07-05,
Seanews
Heyder Eliyev

“Suraxanı” gəmi-muzeyi Özbəkistan mediasında

Özbəkistanın MY5 TV kanalı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi haqqında reportaj hazırlayıb.

Telekanalın ölkəmizə ezam olunan müxbiri xüsusi reportajında dünyanın ilk tanker muzeyinin yaranma ideyası, burada aparılan quraşdırma işləri, sərgi zalları, interaktiv zonalar barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, hazırda muzey Bakı sakinləri ilə yanaşı, şəhərə gələn turistlərin də sevimli məkanına çevrilib.

Özbəkistanın MY5 TV kanalı ilə yanaşı, bugun.uz internet portalı da “Suraxanı” gəmi muzeyi barədə məqalə dərc edib.

“Bakının ən maraqlı kolleksiyaları - fotolarda” başlıqlı məqalədə muzeydə sərgilənən maraqlı eksponatlardan bəhs edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır