Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları arasında “Gənc dənizçi” adlı əyləncəli yarış keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında “Gənc dənizçi” adlı əyləncəli yarış (təlim-yarış formatında) keçirilib.

 İnsan resurslarının idarəedilməsi departamentinin 2022-ci il üçün gənclərlə iş üzrə tədbirlər planına əsasən, “Dənizçi Günü” ərəfəsində təşkil olunan tədbirdə ASCO-nun müxtəlif strukturlarını təmsil edən 25 nəfər iştirak edib.

İştirakçılar püşk atma yolu ilə dörd komandaya bölünərək mübarizə aparıblar. Komandalara verilən tapşırıq isə müəyyənləşdirilən vaxt ərzində hazır materiallardan dəniz qulduru gəmisi düzəltmək və onun hekayəsini yazmaq olub.

Tapşırığı ən cəld və düzgün yerinə yetirən “Mayak komandası” birincilik qazanıb. 2-ci yerdə “Sirius”, 3-cü yerdə “Xəzri”, 4-cü yerdə “Zəfər” komandası qərarlaşıb.

Komandalara tutduqları yerdən asılı olaraq müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, yarış ASCO aparatı və strukturların gənc əməkdaşları arasında komanda ruhunun daha da möhkəmləndirilməsi, ünsiyyət imkanlarının artırılması, gənclərin intellektual biliklərinin, tapşırıqların həllinə operativ və düzgün yanaşma bacarıqlarının üzə çıxarılması məqsədi daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır