Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

ABŞ “Amadea” yaxtasının saxlanmasına ildə 25-30 milyon dollar xərcləyəcək

Rusiyalı senator Süleyman Kərimova məxsus olduğu iddia edilən “Amadea” yaxtasının ABŞ-da saxlanması Vaşinqtona ildə 25-30 milyon dollara başa gələcək.

“Seanews.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, dəyəri təqribən 325 milyon dollar olan yaxta ABŞ tərəfindən müsadirə olunduğundan ona xidmət və təmir üçün də  bu ölkə məsuliyyət daşıyacaq.

İyun ayında yaxta Amerika bayrağı altında Honolulu limanına (Havay, ABŞ) daxil olub. Sonra isə gəmi Kaliforniyanın liman şəhəri San Dieqoya yan alıb. “Bloomberg” müsadirənin özünü "ABŞ üçün böyük qələbə" adlandırır.

Bununla yanaşı, agentlik qeyd edir ki, bəzi ölkələr yaxtanın müsadirəsi və mülkiyyət hüququnun ötürülməsi faktını tanımaya bilər, ona görə də potensial alıcılar ehtiyatlı olmalıdırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır