Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Ən böyük üzən xəstəxana ilk xəstələri qəbul edib

Dünyanın ən böyük üzən xəstəxanası Seneqalın Dakar limanında ilk xəstələri qəbul edib.  Bu nəhəng üzən tibb müəssisəsi “Mercy Ships” xeyriyyə təşkilatının sifarişi ilə hazırlanıb.

“Seanews.az” xəbər verir ki, Dakarda Afrika əhalisinin müalicəsi ilə məşğul olacaq üzən xəstəxananın açılışı mərasimi keçirilib.

“Stena RoRo” xüsusi gəmilərin layihələndirilməsi üzrə ixtisaslaşmışdır. “Global Mercy”-nin tikinti layihəsi 2013-cü ildən həyata keçirilir və bir neçə Avropa, Amerika və Asiya subpodratçılarını əhatə edir. Gəmi Çinin şimalındakı Tianjin Xingang tərsanəsində tikilib və inşasına “Stena RoRo” şirkətinin mütəxəssisləri  tərəfindən nəzarət edilib.

Uuzunluğu  174 metr, eni 28,6 metr, suya oturumu 6,15 metr, ümumi tutumu 37 000 ton, dedveyti 5448 ton olan gəminin daxili otaqlarının  ümumi sahəsi 30 000 kvadratmetrdir.

“Stena RoRo” şirkəti üzən xəstəxana layihəsi üçün sərnişin-yük gəmisinin (RoPax) konsepsiyasını əsas götürüb və onu xəstəxana avadanlığı olan gəmiyə çevirib. Gəmidə xüsusi havalandırma sistemi quraşdırılıb. Vibrasiya və səs-küyün minimuma endirilməsinə xüsusi diqqət yetirilib.

“Global Mercy” gəmisində eyni vaxtda 200 nəfər müalicə oluna bilər. Gəmidə altı əməliyyat otağı, laboratoriya, ümumi poliklinika, stomatoloji və göz klinikaları var. Xəstəxana hissəsi 7 min kvadratmetrdir. Gəmi həm də müasir trenajorlarla təchiz olunub. Limanda olarkən “Global Mercy” 950-yə qədər insanı qəbul edə biləcək.

Cərrahiyyə əməliyyatları aparmaq və tibbi yardım göstərməklə yanaşı, gəminin fəaliyyət göstərdiyi Afrika ölkələrində əhalinin sağlamlığının yaxşılaşdırılmasına kömək etmək üçün tibb mütəxəssislərini öyrədə bilər. Məsələn, gəmidəki mərasim zamanı 260-dan çox seneqallı tibb işçisi cərrahiyyə və anesteziya üzrə təlim keçib.

Yeni gəmi 2007-ci ildən fəaliyyət göstərən başqa bir üzən xəstəxana - “Africa Mercy” gəmisi ilə birləşdiriləcək. İki üzən xəstəxana ilə “Mercy Ships” ildə 5000-dən çox əməliyyat keçirməyə, 28000-dən çox diş xəstəsini müalicə etməyə və 3000 minə yaxın yerli tibb işçisini öyrətməyə ümid bəsləyir.

Layihənin icrasına 2013-cü ildə başlanılıb. İsveçin “Stena RoRo” şirkəti bu layihənin hazırlanmasına, müqaviləsi və icrasına cavabdeh idi. Broker Fransanın “BRS” (“Barry Rogliano Salles”) qrupu olub, ilkin eskiz layihə işləri Finlandiyanın “Deltamarin” konstruktor bürosu tərəfindən yerinə yetirilib. Çinin gəmiqayırma zavodunda tikilən xəstəxana Malta bayrağı altında üzəcəkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır