Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-11,
Seanews
Heyder Eliyev

Dövlət Xidmətinin əməkdaşları "Suraxanı" gəmi-muzeyində olublar

Dövlət Miqrasiya Xidməti əməkdaşlarının "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Suraxanı" gəmi-muzeyinə ekskursiyası təşkil olunub.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, “Bakı bulvarı”adlı ekskursiyanın məqsədi Xidmət əməkdaşlarının və onların ailə üzvlərinin asudə vaxtının səmərəli keçirilməsinə şərait yaratmaqdır.

Əməkdaşlar tanker-muzeyindəki gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar.

DMX-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə reallaşdırılan gəzinti xoş anlarla yadda qalıb və əməkdaşlar tərəfindən maraqla qarşılanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır