Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev


Dəniz konteynerlərindən hazırlanan evlər

Rusiyada dəniz konteynerlərindən hazırlanan evlər getdikcə populyarlıq qazanır, Qərbdə isə bu cür mənzillər bir neçə onilliklər ərzində fəal şəkildə istifadə olunur.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, müasir konstruksiya alt döşəmə və divarlarla hazırlanır, buraya həmçinin pəncərələr, qapılar, elektrik naqilləri və istilik sistemi daxildir. Təbii ki, qeyri-adi konteyner evlərinin həm müsbət, həm də mənfi cəhətləri var.

Belə ki, konteyner bloklarından kiçik bir evin tikintisi cəmi 3-4 ay çəkir. Çox vaxt təmələ ehtiyac duymur və kiçik bir çəkiyə malikdir. Metal günəş altında tez qızdırır, buna görə də istilik izolyasiyası tələb olunur. Quraşdırıldıqdan sonra tavanın hündürlüyü 2,4 metrə endirilir.

Tikinti bazarında 40 metrlik konteynerlərdən tikilmiş evlərə daha çox rast gəlinir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır