Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

"Suraxanı" gəmi-muzeyində sərgilənən günümüzün dəniz əfsanələri

Bu gün dünya okeanında müxtəlif təyinatlı gəmilər üzür. Onlardan bəzilərinin ölçüləri, sözün əsl mənasında, heyrətləndirir. Lakin gəmilərin əhəmiyyətliliyi təkcə ölçülərlə deyil, onların istismar olunduğu sahədə əvəzolunmazlığı ilə təyin edilir. "Suraxanı" gəmi-muzeyi ziyarət etməklə siz dünya okeanınında istismar edilən “əfsanə”  sayılan üzən vasitələrlə tanış olacaqsınız.

“Knock newıs”  tankeri (1979-cu il)

2009-cu ilədək dünyanın ən böyük tankeri 1979-cu ildə inşa olunan “Knock Nevis”  gəmisi sayılırdı. Bu gəmi bir dəfəyə 4,1 milyon barel neft daşıya bilirdi. Uzunluğu 458,45 m, eni 68,86 m olmaqla, 13 uzel sürətlə hərəkət edirdi. Gəmi 2010-cu ilədək istismarda olub. Bu müddətdə adı bir neçə dəfə dəyişdirilib (“Seawise Giant”, “Happy Giant”, “Jahre Viking”).

“Harmony of the Seas” kruiz layneri (2015-ci il)

“Harmony of the Seas” dünyanın ən böyük laynerlərindən biridir. 2015-ci ildə inşa edilən gəmi ilə eyni anda 6780 sərnişin kruizə yollana bilər. Gəmi ilk reysinə 2016-cı ildə çıxıb. Uzunluğu 362 metr olan gəminin 2200 heyət üzvü var. Gəmidə sərnişinlər üçün akvapark, sörfinq simulyatoru, atraksionlar parkı, 20 restoran və bar fəaliyyət göstərir.

 

ORE “Tıanjın” quru yük gəmisi  (2018-ci il)

Dünyanın ən böyük quru yük gəmisi olan «Tianjin» 2018-cu ildə inşa edilib.

114 min ton yük götürən gəminin uzunluğu 362 m, eni 65 m-dir. Suya oturma dərinliyi 23 metrdir. ORE “Tianjin”in dedveyti 399 213 tondur. Gəmi Honq-Konq bayrağı altında üzür. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır