Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Buz örtüyünün əriməsi dənizdə suyun səviyyəsini yüksəldir

Qrenlandiyanın buz örtüyünün əriməsi dəniz səviyyəsinin 27 sm yüksəlməsinə səbəb olub.

“Seanews.az” xəbər verir ki, ərimə 110 ton təşkil edir.

Danimarka və Qrenlandiya milli geoloji xidmətləri mütəxəssislərinin fikrincə, Yer kürəsinə karbon emissiyası dayandırılsa belə, bu prosesin qarşısını almaq mümkün olmayacaq.

Tədqiqat 2000-2019-cu illərdə peyklərdən alınan məlumatlara əsaslanır. Alimlər qeyd ediblər ki, bu müddət ərzində buz təbəqəsi xeyli kiçilib, ona görə də suyun səviyyəsinin 27 sm qalxması ən aşağı hesablamadır. Bu məlumatlara yalnız qlobal istiləşmə faktoru daxildir və digər səbəbləri nəzərə alınmayıb. Bu onu göstərir ki, dəniz səviyyəsi həqiqətən daha da yüksələ bilər.

Həmçinin ekspertlər qeyd ediblər ki, bu proses qaçılmaz olsa da, 100-200 ildən tez baş verməyəcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır