Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

“Suraxanı” gəmi-muzeyi daim xarici qonaqların diqqət mərkəzindədir

Ölkəmizdə olan bir qrup avstraliyalı turist “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Muzey bələdçisi avstraliyalı turistlərə muzeyin yaranma tarixi, burada nümayiş olunan eksponatlar barədə ətraflı məlumat verib.

Onlar ekspozisiya zallarını gəzərək Azərbaycan və dünya gəmiçilik tarixinin əyani sübutu olan nümunələrlə yaxından tanış olublar. Muzeydə nümayiş olunan eksponatlar, onların müxtəlifliyi və buradakı müasir interaktivlər turistlərin böyük marağına səbəb olub.

Sonda qonaqlar dünyanın ilk tanker-muzeyini ziyarətdən məmnun olduqlarını bildirib, xoş qarşılanmaya görə təşəkkür ediblər. Avstraliyadan olan qonaqlar böyük təəssüratlarla Muzeydən ayrılıblar.

Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyi daim xarici qonaqların diqqət mərkəzindədir. İndiyədək buranı dünyanın müxtəlif ölkələrini təmsil edən yüzlərlə turist ziyarət edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır