Şəhid atası Vaqif Həsənov: "Onun haqqında danışmaq nə qədər çətin olsa da, bir o qədər də şərəflidir."
Elçin Həsənli Vətən müharibəsində qələbəyə saatlar qalmış Şuşa ətrafında Şəhidlik zirvəsinə ucalıb.
O, həmkarımız, ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənovun oğludur. Şəhidimiz haqqında onu böyüdən, boya-başa çatdıran valideynləri, eləcə də döyüş yoldaşları xatirələrini bölüşüblər.
Elçin Həsənlini və onun timsalında bütün Şəhidlərimizi qürurla anırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır