Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

ADDA-da Elmi seminar keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Elmi tədqiqatların metodları” mövzusunda Elmi seminar keçirilib.

Akademiyanın “Gəmiqayırma və gəmi təmiri” kafedrasında keçirilən seminarda ADDA-nın professor-müəllim heyəti, gənc tədqiqatçıları, tələbə-magistrantları ilə yanaşı, Azərbaycan Texniki Universitetinin “Maşınqayırma texnologiyası” kafedrasının, ASCO-nun “Xəzərdənizlayihə” Elmi Tədqiqat İnstitutunun və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin nümayəndələri iştirak ediblər.

ADDA-nın “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri, dosent İsaq Xankişiyev çıxışında Elmi seminarın ölkə başçısı İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa ili” çərçivəsində keçirildiyini deyib. O bildirib ki, seminarın əsas məqsədi magistrantların, doktorant və dissertantların elmi fəaliyyətində onlara istiqamət vermək, elmi işlərin yerinə yetirilməsinə dəstək olmaqdan ibarətdir.

Akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımızın, xüsusən də Qarabağın tacı olan Şuşanın azad edilməsindən, həmçinin gənc alimlər və tədqiqatçılar üçün belə elmi tədbirlərin əhəmiyyətindən danışıb. O, seminar iştirakçılarına uğurlar arzulayıb.

“Gəmiqayırma və gəmi təmiri” kafedrasının professoru, t.e.d. Nizami İsmayılov elmi tədqiqatların metodları haqqında geniş məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzədən sonra müzakirələr aparılıb. Müzakirələrdə professor Arif Məmmədov və professor Nizami Yusubovun çıxışları dinlənilib.

Tədbir iştirakçıları Akademiyada gənclərin elmə marağının artırılmasına, belə tədbirlərin təşkilində yaradılan şəraitə və dəstəyə görə rəhbərliyə minnətdarlıq ifadə ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır