Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-05,
Seanews
Heyder Eliyev

ADDA və ADK-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Zəfər Gününə həsr olunmuş “8 Noyabr 2020-ci il Zəfərinin daimiliyi tarixi torpaqlarımızın sərhədlərinə çıxışdan keçir” mövzusunda “Dəyirmi masa” keçirilib.

“Humanitar fənlər” kafedrası və Həmkarlar təşkilatının birgə hazırladığı tədbirdə Akademiyanın professor-müəllim heyəti, tələbələr, Vətən müharibəsi qaziləri iştirak ediblər.

“Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev, dosent Əsədullah Süleymanov, baş müəllimlər Ağarza Fətəliyev, Elbrus Həşimov, Sevinc Rzayeva, tələbələr Elnur Ağayev, Aydın Zeynalov, Taleh Məmmədov mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Tələbələr Türk dünyasının “İstiqlal marşı”nı və “Zəfər marşı”nı səsləndiriblər.

Sonda Zəfər Gününə həsr olunmuş videomaterial nümayiş etdirilib.

ADDA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecində (ADK) də Zəfər Günü münasibətilə tədbir keçirilib.

ADK məzunu olmuş Vətən müharibəsi iştirakçılarının da iştirak etdiyi tədbirdə ölkəmizin şanlı qələbəsi mövzusunda çıxışlar olub.

Müharibə iştirakçıları keçdikləri döyüş yolundan danışaraq, 44 günlük müharibədə ordumuzun göstərdiyi qəhrəmanlıqlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır