Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-02,
Seanews
Heyder Eliyev

ADDA-nın 2024/2025-ci tədris ili üzrə plan yerlərinin sayı açıqlanıb

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) 2024/2025-ci tədris ili üçün ümumilikdə 230 tələbə qəbulu nəzərdə tutulub.  

Ali təhsil müəssisəsinin “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasında Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də tədris aparılacaq. “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası Azərbaycan və ingilis, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları isə yalnız Azərbaycan dilində tədris olunacaq.

Nəzərdə tutulan plan yerlərini təqdim edirik:

2023-cü ildə qəbuldan sonra formalaşan keçid ballarını diqqətinizə çatdırırıq:

Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul Dövlət İmtahan Mərkəzinin keçirdiyi 1-ci qrup (RK altqrupu) imtahanlarının nəticələrinə əsasən aparılır. Akademiyaya qəbul zamanı qabiliyyət imtahanı nəzərdə tutulmur.

Keçən il olduğu kimi, bu il də imtahandan öncə sağlamlıq haqqında arayış təqdim etməyə ehtiyac olmayacaq. Yalnız tələbə adını qazananlar Akademiyaya yaşadıqları ərazi üzrə poliklinikadan müvafiq sağlamlıq arayışı gətirəcəklər.

Rayon qeydiyyatında olan tələbələr ehtiyacı olduğu halda yataqxanaya yerləşdirilməsi üçün dekana ərizə ilə müraciət edə bilər. Yataqxana ADDA tələbələri üçün güzəştli ödənişlə təklif olunacaq.

Akademiyanın tələbələri oxuduqları müddətdə pulsuz dərs vəsaitləri, geyim forması və gündə iki dəfə isti yeməklə təmin ediləcək.

Dənizləri bizimlə fəth etmək istəyənlərin yolunu Akademiyamızda gözləyirik və bütün abituriyentlərə uğurlar arzulayırıq!

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır