Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-28,
Seanews
Heyder Eliyev

ADDA-nın pedoqoji heyəti və tələbələri ilə görüş keçirilib

ASCO-nun İdarə Heyətinin üzvləri Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) pedoqoji heyəti və tələbələri ilə görüşüblər.

Tədbirdə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun xalqımıza yaşatdığı qələbə sevinclərindən danışıb. O, qəhrəman zabit və əsgərlərimizin fədakarlığı ilə torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb.

ASCO əməkdaşları, Azərbaycan Dövlət Dəniz Akademiyasının və Azərbaycan Dənizçilik Kollecinin tələbə və məzunlarının da Vətən müharibəsində aktiv iştirak etdiyini vurğulayan sədr 5 nəfər ADDA və 5 nəfər ADK məzununun Şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıb.

Sədr Vətən müharibəsi Şəhidlərinin ailə üzvlərinə, eləcə də iştirakçılarına ASCO-da hər zaman xüsusi diqqət göstərildiyini qeyd edib. O bildirib ki, hazırda şirkətdə182 müharibə iştirakçısı çalışır. Onlardan 65-i ADDA, 30-u ADK məzunudur.  Bundan başqa, hazırda ADDA tələbələri sırasında 4 nəfər Vətən müharibəsi iştirakçısı var.

Tələbələrlə görüşdə Rauf Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ASCO donanmalarının yenilənməsi, Xəzərdənkənar fəaliyyətin daha da genişləndirilməsi, eyni zamanda üçrəngli Bayrağımız altında “Aframax” və “Handysize” tipli nəhəng gəmilərin istismara verilməsi ilə Azərbaycan gəmiçiliyinin yeni yükdaşımalar seqmentinə daxil olması və şirkətin gələcək hədəfləri barədə ətraflı məlumat verib.

Rauf Vəliyev bildirib ki, son dövrlərdə istismara verilən yeni tip gəmilərin heyət üzvləri sırasında ADDA-nı bitirən kadrları görmək sevindiricidir. Sədr həmçinin tədbirdə iştirak edən Dəniz naviqasiyası mühəndisliyi ixtisasının məzunu və hazırda “Aframax” tipli “Şuşa” tankerində kapitanın III köməkçisi işləyən Məhəmməd Nadirovu təqdim edərək tələbələrə gənc dənizçi kimi onun təcrübəsindən yararlanmağı tövsiyə edib.

Daha sonra görüşdə iştirak edən millət vəkili, ADDA-nın sabiq rektoru Heydər Əsədov və Akademiyanın prorektoru Qüdrət Qurbanov təhsil ocağında yaradılan əlverişli şəraitdən danışıb, Akademiyanın elmi potensialının gücləndirilməsi, kadr hazırlığının səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verib, tələbələrə yeni müvəffəqiyyətlər arzulayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır