Dəniz quldurluğuna qarşı birgə təlimlər keçirirlər
Yaponiya Dəniz Təhlükəsizliyi Xidməti ilə İndoneziya Dəniz Təhlükəsizliyi Agentliyi (“Bakamla RI”) arasında birgə təlim Şimali Cakartadakı “Bakamla RI” qərargahının körpüsündə başlayıb.
“Seanews.az” xəbər verir ki, aktiv mərhələsi yanvarın 23-26-da keçirilməsi planlaşdırılan təlimlər Yaponiyanın “Settsu” patrul gəmisinin İndoneziya Sahil Mühafizəsinin bazasına gəlməsi ilə başlayıb.
Təlimin planına əsasən, “Settsu” və İndoneziyanın “KH Marore Island-322” patrul gəmiləri limandan kənarda birgə manevrlər edəcək, rabitə əlaqəsi yaratmaqla məşğul olacaq və piratçılığa qarşı birgə təlimlər keçirəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır