Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-07,
Seanews
Heyder Eliyev

Sağ bort və sol bort nədir?

Gəmiləri idarə edərkən heyət üzvləri arasında məlumatın düzgün ötürülməsi əsas şərtlərdən biridir.

Məsələn, gəminin “sağ bortu” və “sol bortu” anlayışı heyət üzvünün dayandığı yerdən və onun baxış istiqamətindən asılıdır.

Yəni, komanda verən gəmi kapitanı üçün “sol bort” ifadəsi sükanı idarə edən şturman üçün tamam fərqli istiqamət ola bilər. Bu da öz növbəsində idarəetmədə səhvə gətirib çıxarır.

Bu qeyri-müəyyənlik 16-cı əsrdə dövrün dənizçiləri tərəfindən həll edilir və müasir gəmiçilikdə də bu metoddan istifadə olunur.

Gəmi iki şərti hissəyə bölünür: burun və korma (arxa) hissəsi.

Burun hissə gəmi hərəkət edərkən irəliyə doğru çıxan, korma isə onun ən arxa hissəsidir.

Müşahidəçi gəminin burun hissəsinə baxanda sol tərəf “sol bort”, sağ tərəf isə “sağ bort” adlandırılır.

Gəminin bortlarına daha sonralar ingilis sözləri olan “port” və “starboard" da deyilməyə başladı.Belə ki, ingilis dənizçiləri qayıqlarını idarə edərkən qayığı döndərmək üçün istifadə etdikləri sükan matrosların əksəriyyətinin işlək əlinin sağ əlli (solaxay olmadığı) olması ilə əlaqədar olaraq və  idarəetmənin rahatlığı üçün  əsasən sağ tərəfdə yerləşdirilirdi. Dənizçilər sükan tərəfdən olan borta “starboard” adı verdilər. Bu iki köhnə ingilis sözü olan “steor” (idarəetmək) və “bord” (qayığın tərəfi) birləşməsindən səslənirdi. Getdikcə bu söz “steerboard” kimi tələffüz edildi və bugünkü günümüzə isə “starboard” olaraq gəlib çıxdı.

Sükan mexanizmi qayıqların sağ bortu tərəfində olduğu üçün  yükəmə və boşalma əməliyyatlarını  sağ bortun əksində yerləşən sol bort tərəfdən aparmaq daha əlverişli  idi. Ona görə də gəminin bu hissəsi bugünümüzdə “port” kimi də işlənir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır