"Sabit Orucov" sərnişin gəmisi ADDA-da müasir təhsili təmin edən vasitələrdən biridir - VİDEO
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında müasir təhsili təmin edən vasitələrdən biri də tədris gəmisidir.
Hazırda "Sabit Orucov” sərnişin gəmisindən tələbələrin nəzəri və praktiki məşğələlərinin tədrisində və istehsalat təcrübələrinin keçirilməsində istifadə olunur.
Bununla belə, tələbələrə ASCO-nun digər gəmilərində də təcrübə üçün şərait yaradılır. Burada onlar real şəraitdə gəmilərin işləmə prinsipləri ilə yaxından tanış ola bilirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır