Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

ADDA rektoru Heydər Əsədov yeni qəbul olan tələbələri təbrik edib

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov bu il Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) qəbul olan tələbələri təbrik edib:

Hörmətli tələbələr!

Sizi və valideynlərinizi Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmağınız münasibətilə ürəkdən təbrik edirəm! 

Tarixi 1881-ci ilə söykənən Akademiyamız fəaliyyəti dövründə ölkəmiz üçün saysız-hesabsız dənizçi mütəxəssis yetişdirib. Məzunlarımız qazandıqları bilik və təcrübə hesabına nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da peşəkar dənizçi karyerası qurublar.

Məlumdur ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrlə yanaşı, nəqliyyatın ayrılmaz hissəsi sayılan dənizçilik sahəsi də gündən-günə inkişaf edir. Bu inkişaf regionda peşəkar və beynəlxalq standartlara uyğun dəniz daşımaları və xidmətləri göstərən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində (ASCO) xüsusilə özünü göstərir. ASCO öz peşəkar kadr potensialı ilə də seçilir. Azərbaycan Dövlət Dəniz Akademiyası olaraq qürur hissi ilə deyə bilərik ki, ASCO-da çalışan əməkdaşların böyük hissəsini bizim məzunlar təşkil edir. Hər il ADDA-nı uğurla bitirən tələbələr şirkətin müvafiq strukturlarında işlə təmin olunurlar. 

Dənizçi peşəsi qürurverici olmaqla yanaşı, böyük zəhmət tələb edir. Akademiyamızın Tədris-təlim bazası və Təlim Tədris Mərkəzi tam sizin ixtiyarınızda olacaq. Buradakı ən son və beynəlxalq sertifikatlara malik trenajor və avadanlıqlar nəzəri biliklərinizi praktik məşğələlərlə möhkəmləndirmək üçün sizə kömək edəcək. 

Tələbə adını qazanmaq məsuliyyətli yolun ən asan hissəsidir. Həmin adı doğrultmaq, valideynlərə və vətənə layiqli övlad olmaq ən əsas məsələlərdəndir. Bu işdə sizə Akademiyamızın professor-müəllim heyəti adından uğurlar arzulayıram.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır