Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Matrosluqdan Donanma rəisinin birinci müavini vəzifəsinədək yüksələn ADDA MƏZUNU

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Xəzər Dəniz Neft Donanması rəisinin birinci müavini Məqsəd Fərhadovla sizi yaxından tanış edirik.

Məqsəd Fərhadov 1979-cu ildə doğulub.

1997-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz texnikası və gəmiçilik” fakultəsinə qəbul olub. 2001-ci ildə Akademiyanı bitirərək hərbi xidmətə yollanıb.

2002-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “General Əliağa Şıxlinski” gəmisində “matros” vəzifəsi üzrə işə qəbul olub.

Sonradan müxtəlif gəmilərdə kapitanın növbə köməkçisi və baş köməkçi vəzifələrində çalışıb.

2007-ci ildən fəaliyyətini Xəzər Dəniz Neft Donanmasında davam etdirib. XDND-nin 500 nəfərlik “General Əsədov” sərnişin gəmisinə kapitan təyin olunub. Bununla da, o, ADDA məzunu kimi böyük həcmli gəmidə ən gənc (28 yaşında) kapitan olub.

10 il kapitan vəzifəsində çalışdıqdan sonra 2017-ci ildə XDND-nin İstismar xidmətinin rəisi vəzifəsinə yüksəlib. 2019-cu ildə isə Xəzər Dəniz Neft Donanmasının Rəisin birinci müavini vəzifəsinə təyin edilib.

Təhsilini təkcə bakalavr səviyyəsində məhdudlaşdırmayaraq 2012-ci ildə ADDA-nın “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi” ixtisası üzrə magistr pilləsinə daxil olub və 2014-cü ildə bitirib.

2015-ci ildə “Gəmiçilik və su nəqliyyatının istismarı” dokturantura pilləsinə daxil olub. Hazırda təhsilini davam etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır